4-5 iyul tarixlərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası Nur-Sultan şəhərində keçirilib.
İclasda Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Həmçinin nazir Pərviz Şahbazovla Qazaxıstanın energetika naziri Bolat Akçulakov arasında görüş baş tutub.
Danışıqlar zamanı enerji sahəsində səmərəli əməkdaşlıq münasibətləri, o cümlədən karbohidrogen mənşəli yanacaqların tranziti məsələləri müzakirə olunub.
Bu görüşlərdə SOCAR Midstream şirkəti də təmsil olunub.